Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyəti Albaniyanın Tirana şəhərinə yola düşür.
“İki sahil” Mədəniyyət Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, mədəniyyət həftəsi çərçivəsində Azərbaycanın zəngin mədəniyyəti və incəsənətinin inciləri Albaniya ictimaiyyətinə təqdim olunacaq, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi, qala-konsert, “Natiq” ritm qrupu və rəqs proqramları, “Arşın mal alan” filminin nümayişi keçiriləcək.
Həmçinin Mədəniyyət Nazirliyi nümayəndələri və Albaniya hökuməti rəsmiləri arasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq