Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkinin Estoniyadakı konserti ləğv olunub.
“İki sahil” xəbər verir ki, Aleksela Kontserdimaja konsert zalının rəsmi hesabında Tallinndə sentyabrın 15-də keçirilməsi planlaşdırılan konsertin ləğv edildiyi açıqlanıb. Bildirilib ki, Qalkinin çıxışı üçün satılan biletləri iyulun 28-də keçiriləcək Splin konsertinə, həmçinin, dekabrın 2-də təşkil olunacaq Till Lindemann şousuna olan biletlərlə dəyişməyi və ya geri qaytarmağı təklif ediblər.
Bununla belə Qalkinin konsertinin hansı səbəbdən ləğv edildiyi açıqlanmayıb.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi “siyasi fəaliyyətlə məşğul olduğu” və Ukraynadan maliyyə aldığı iddiası ilə Maksim Qalkini xarici agent siyahısına salıb. Daha əvvəl də onun bir çox konsertləri ləğv edilib.
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq