14 aprel 2016 22:14
145

Boksda qalmaqal: Taysonun hərəkəti 20 il sonra təkrarlandı

Almaniyanın Münhen şəhərində keçirilən boks yarışında avstriyalı Astrit Klimenta serbiyalı rəqibi Andrey Pejiçin qulağını dişləyib.

Publika.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, qalmaqal 2-ci raundda yaşanıb. Referi dərhal döyüşü dayandırıb. Bu zaman serbiyalı idmançının məşqçisi, sabiq boksçu Aleksandr Petkoviç rinqə çıxıb və Klimenteni yumruqlayıb.

Hələ ki, hakimlərin günahkara hansı cəzanı verdiyi dəqiq bilinmir. Ancaq “Avstriya pələngi”ni uzunmüddətli diskvalifikasiyanın gözlədiyi şübhəsizdir.

Bu hadisə boks həvəskarlarını uzaq keçmişə aparıb. 1997-ci ilin yayında Mayk Taysonla Evander Holifild arasında keçirilən ikinci döyüşdə də oxşar hadisə yaşanmışdı. Təxminən 20 il keçsə də, “qulaqyemə” eşqi hələ də bəzi boksçularda tükənməyib...