25 avqust 2023 13:42
623

Rejissor: Büdcəsi yarım milyon olan filmlərlə yarışırıq

Aktyor Hikmət Rəhimovun rejissoru və ssenari müəllifi olduğu "Çılpaq" filmi festivalda nümayiş olunacaq. 

 

“İki sahil” xəbər verir ki, bu haqda H.Rəhimov özü məlumat verib. O bildirib ki, "Çılpaq" festivalda yer alan 10 filmdən biri olacaq: "Rusiyanın Sankt-Peterburq şəhərində "Lendok" film festivalı baş tutacaq. "Çılpaq" filmlər arasından seçilərək son 10 film ilə festivalda yarışacaq. Festivaldan xəbər gələndə və məni dəvət edəndə çox sevindim. Proqrama daxil olub baxa bilərsiniz. "Çilpaq" büdcəsi yarım milyona yaxın olan filmlərlə yarışır. Buna görə ekran işinin bütün heyətinə təşəkkür edirəm".

Festival bu gün başlayıb və avqustun 29-na kimi davam edəcək.