Bu gün SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin Lənkəran RQİİ-nin rəisi Naimq Məmmədov idarənin Lerik Xidmət Sahəsində çalışan əməkdaşları ilə görüşüb. Görüşdə işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi sahəsində görülən işlər, həmçinin əmək və icra intizamı, qaz təhlükəli işlərdə təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsi kimi məsələlər müzakirə edilib.
Həmçinin cari fəaliyyət zamanı əməkdaşların qarşılaşdığı çətinliklər, onları maraqlandıran suallar dinlənilərək məsələlərin həlli ilə bağlı qərarlar qəbul edilib.
Elçin Zaman, "İki sahil"
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib