“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə Dünya Fotoqrafiya Günü münasibətilə foto müsabiqəyə start verilib.
“İki sahil” xəbər verir ki, iştirakçılar fotoqraf və mobilqraf olmaqla 2 kateqoriya üzrə müsabiqəyə qatıla bilərlər.
“İçərişəhərin həyatı” mövzusuna uyğun olaraq 2 ədəd fotoşəkil 10 sentyabr 2023-cü il saat 18:00 qədər qeydiyyat anketi ilə birgə [email protected]. ünvanına göndərilməlidir.
Şərtlər və qaydalar haqda əlavə məlumatı https://icherisheher.gov.az/az/news/584 saytından əldə etmək olar.
Müsabiqə ilə bağlı əlavə sualları İçərişəhər Qoruq İdarəsinin sosial media kanallarından ünvanlamaq olar.
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq