Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 225,1 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 19,5%, kimya sənayesi məhsullarının istehsalı 3,6% artıb, əczaçılıq məhsullarının istehsalı isə 13,9% azalıb.
Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından polietilen istehsalı 44,5%, etilen istehsalı 42%, propen (propilen) istehsalı 36,3%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,2 dəfə, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 36,7%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 14,8” artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2023-cü ilin yanvar-iyul aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.08.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Kimya sənayesi məhsulları |
|||
|
Təsirsiz qazlar, min kub metr |
28833,9 |
125,2 |
41,5 |
|
ondan: |
|
|
|
|
azot, min kub metr |
13818,8 |
103,4 |
34 |
|
Lak-boya məmulatları, ton |
20205,8 |
118,9 |
154,8 |
|
Qeyri-üzvi kimyəvi maddələr, min ton |
16660 |
136,9 |
5710 |
|
ondan: |
|
|
|
|
yod, ton |
119,5 |
115,2 |
64,2 |
|
Üzvi kimyəvi maddələr, min ton |
560,2 |
103,9 |
42,8 |
|
ondan: |
|
|
|
|
etilen, min ton |
103,2 |
142 |
0,1 |
|
propen (propilen), min ton |
93,1 |
136,3 |
0,8 |
|
metanol (metil spirti), min ton |
262,1 |
83,3 |
34,8 |
|
Etil spirti, min dkl |
32,2 |
137 |
39,5 |
|
Gübrə və azot birləşmələri, min ton |
187,7 |
54,7 |
31,8 |
|
ondan: |
|
|
|
|
karbamid, min ton |
187,6 |
54,7 |
31,6 |
|
İlkin formada plastik kütlə, min ton |
195,4 |
145,2 |
23,7 |
|
ondan: |
|
|
|
|
polietilen, min ton |
101,9 |
144,5 |
8,3 |
|
Yapışqan və yapışdırıcı maddələr, min ton |
63 |
104 |
5,8 |