Cəlilabad rayonunda tarixi qoç fiquru aşkar edilib.
“İki sahil”in məlumatına görə, tapıntı rayonun Şatırlı kəndi ərazisində aşkar olunub.
Yerli tarixçi Elşad Əmənov bu qoç fiqurunun xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
O, bu qoç fiqurunu təqribən 12-13-cü əsrlərə aid olunduğunu söyləyib:
Tarixçi qeyd edib ki, aşkar olunan maddi-mədəniyyət nümunəsi Baharlı tayfalarına aid qoç fiqurudur.
"Bu tapıntını digər qoç fiqurlarından fərqləndirən odur ki, üzərində tayfa nişanı və belə tapıntı ölkəmizdə yeganədir", - E.Əmənov əlavə edib.
“Aqronomiya və bitki sağlamlığı: elmi biliklərdən praktiki təcrübəyə” mövzusunda konfrans keçirilib
Taksi minik avtomobili sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat elan olunub
Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarına kiberhücumlar həyata keçirilir