26 iyul 2023 22:33
462

“Qarabağ” “Rakuv”a qarşı

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq.

Ağdamlılar “Rakuv”la birinci görüşünü Çenstoxovadakı “Miejski” stadionunda keçirəcəklər. Matç Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, cavab qarşılaşması isə avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

26 iyul

22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Lukas Fandrix (İsveçrə)

Çenstoxova, “Miejski” stadionu

***

"Rakov": 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 8. Ben Lederman, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 30. Vladislav Koçergin, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski

Ehtiyat oyunçular: 89. Katsper Beşad, 5. Qustav Berqqren, 6. Şimon Çij, 11. Con Yeboa, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 93. Sonni Kittel, 99. Fabian Pyasetski

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə

***

Matç başladı.