Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı Rusiya mediasının diqqət mərkəzindədir.
“İki sahil” xəbər verir ki, Azərbaycan dövlətinin başçısının forumdakı çıxışında yer alan fikirlər Rusiyanın federal KİV-lərində geniş yayımlanıb.
“TASS” Dövlət İnformasiya Agentliyi Prezident İlham Əliyevin yaxın üç il ərzində 150 mindən çox azərbaycanlının Qarabağa və Şərqi Zəngəzura qayıdacağı ilə bağlı bəyanatını yayıb.
Agentliyin digər materialında bildirilir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında münasibətlərin inkişafının kifayət qədər uğurlu olduğunu, sənədin maddələrinin yerinə yetirildiyini vurğulayıb.
Agentlik, həmçinin Azərbaycan Prezidentinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpasının mümkünsüzlüyü, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında yalnız iki vasitəçinin –Rusiya və ABŞ-nin olması, Avropa İttifaqının bu prosesdə rolu barədə fikirlərini də oxucularına təqdim edib.
Qonşu ölkənin digər media qurumları – “İzvestiya”, “Arqumentı nedeli”, “Moskovskiy komsomolets” qəzetləri də Azərbaycan Liderinin Qlobal Şuşa Forumunda çıxışına geniş yer ayırıblar. Materiallarda Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilməsi
planlaşdırılan görüşü, Rusiya ilə ABŞ arasında danışıqların Azərbaycanda başlanmasının mümkünlüyü barədə fikirləri yer alıb.
Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - VİDEO
Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib