Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının fəal üzvləri, SOCAR-a məxsus BOS Şelf MMC-nin əməkdaşları, eləcə də müəssisədə çalışan bir qrup müharibə əlillərindən ibarət nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi hissədə əsgərlərlə görüşüb.
Şəxsi heyət qarşısında çıxış edən qonaqlar torpaqlarımızın keşiyində dayanan, düşmənə layiqli zərbə vurmağa qadir olan Azərbaycan əsgərinin işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəklərinə əmin olduqlarını bildiriblər.
Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təsis olunan “Vətən naminə” medalı ilə təltif edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub