16 iyul 2023 22:30
247

Mahrez “Əl-Əhli” ilə müqaviləni razılaşdırıb

Riyad Mahrez “Əl Əhli”yə keçməyə yaxındır.

“İki sahil” xəbər verir ki, klub ilə futbolçu arasında tam razılıq əldə olunub.

Bildirilir ki, yaxın vaxtlarda cinah müdafiəçisi tibbi müayinədən keçərək Səudiyyə Ərəbistanı klubuna qatılacaq.

“Əl Əhli” və “Mançester Siti”nin yaxın 48 saat ərzində transferi razılaşdıracağı gözlənilir.

Qeyd olunur ki, “Əl-Əhli” Mahrez üçün 30 milyon funt sterlinq təklif etməyə hazırdır. Futbolçunun maaşı ildə təxminən 25 milyon funt sterlinq olacaq.