01 aprel 2016 14:41
197

Ağ Evdə dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak edib

Martın 31-də Ağ Evdə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın adından nahar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.