İyulun 7-si saat 15 radələrində Xaçmaz rayonu, Yalama qəsəbəsi, Meşəli kəndində yerləşən evlərin birində 1992-ci il təvəllüdlü əkiz qardaşlar - Orxan və Kamran İsgəndərovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "İki sahil"ə Xaçmaz rayon prokurorluğdan məlumat verilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq edilir.
***
İyulun 7- də saat 15 radələrində Xaçmaz rayon Yalama qəsəbəsi Meşəli kəndində evlərin birində 1992-ci il təvəllüdlü İsgəndərov Kamran və Orxan əkiz qardaşların kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə "İki sahil"ə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, cinayət hadisəsi ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
***
Xaçmazda qətl hadisəsi olub.
“İki sahil” xəbər verir ki, hadisə Yalama qəsəbəsində qeydə alınıb.
Rayon sakini olan kişinin küçədə qətlə yetirildiyi bildirilir.
Hazırda prokurorluq əməkdaşları hadisə yerindədir.