Yevlax Pilot Aqroparkda fərdi sahibkarlar Tural Əfəndiyev, Fəriyaz Rüstəmov, Mehti Ağagülov və İlham Lələyevə rezident statusu verilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.
"Rezidentlər 77,8 hektar sahədə investisiya dəyəri 727 min manat olan intensiv meyvə bağları salacaq, 20 nəfəri daimi, 75 nəfəri isə mövsümi işlə təmin edəcək" - deyə o qeyd edib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir