Belçika Krallığı Federal Assambleyasının Nümayəndələr Palatasının üzvü Mixael Frelix ölkəmizə rəsmi səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasını (ƏAİZ) ziyarət edib.
“İki sahil” xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun rəhbər heyəti ilə keçirilən görüş zamanı M.Frelixə ƏAİZ-in strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə burada investorlara təqdim edilən istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri, fiskal və qeyri-fiskal imtiyazlar paketi haqqında geniş məlumat verilib.
Sonda M.Frelix Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış biznes mühitlə yaxından tanış olub.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir