Əməkdar artist, müğənni Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib.
“İki sahil” xəbər verir ki, bu barədə xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayev məlumat verib.
Bu gün AYB-yə dəvət olunan E.Seyidcahana üzvlük bileti təqdim edilib. “Bu gün Elza Seidcahan üzvlük vəsiqəsi alıb”-deyə xalq yazıçısı paylaşım edib.
Qeyd edək ki, Elza Seyidcahan 7 iyul 1968-ci ildə Siyəzəndə anadan olub. Azərbaycan bəstəkarı və müğənnsidir. Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvüdür.
1994–2000-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil alıb.
2001-ci ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. H.Orucovun “Durnalar qayıdanda”, İ.Əfəndiyev “Sən mənim dayımsan”, Ə.Əylislinin “Bağdada putyovka var”, Q.Moxtarın “Uçuş”, Yuğ Teatrında “Boğazca Fatma”, “Nənənin nağılları” kimi bir sıra teatr və televiziya tamaşalarına, eləcə də H.Əliyevə həsr olunmuş “Mənim şəhərim” bədii filminə musiqilər bəstələyib.
2002-ci ildə Qırğızıstanda keçirilən “Issık-kul-2002” Ümumdünya Müsabiqə Festivalında 1-ci yeri tutub, həmin ildə TÜRKSOY-un xüsusi mükafatını alıb.
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq