03 iyul 2023 14:37
15453

"Security Operation Services" MMC “SOS” uşaq evini ziyarət edib, şəhid anaları ilə görüş keçirib - VİDEO

Uğurlu fəaliyyəti və dövlət əhəmiyyətli sosial layihələrdə fəal iştirakıyla tanınan peşəkar mühafizə xidməti “Security Operation Services” (SOS) MMC dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini daim yad edir, şəhid ailələrini hərzaman diqqətdə saxlayır. 

“İki sahil” xəbər verir ki,  "Security Operation Services" MMC bu dəfə Qurban bayramı ilə bağlı  “SOS” Uşaq Kəndinin azyaşlı sakinlərini sevindirib, şəhid anaları ilə görüş keçirib.  Süfrə arxasında keçirilən görüşdə şəhidlərimizn xatirəsi yad edilib, onların həyat yolunun hər bir vətəndaş üçün nümunə olduğu qeyd edilib.