Bu gün İstanbulda 4,5G texnologiyasının təqdimatı keçiriləcək.
"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo "Barselona" ilə oyundan əvvəl Türkiyəyə yollanacaq.
Bu gün İstanbulda 4,5G texnologiyasının təqdimatı keçiriləcək. Portuqaliyalı futbolçu bunun tərəfdaşlarından biridi.
"Hürriyət" qəzetinin verdiyi xəbərə görə, "Türk Telekom" mobil operatorunun Ronaldo ilə maliyyə razılaşması haqda hansısa məlumat verilmir. Lakin burada məbləğin bir neçə milyon dollardan getdiyi aydındır.
"Barselona" - "Real" qarşılaşması şənbə günü keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.