Şahdağ Turizm Mərkəzindəki yeniliklər açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov deyib.
O bildirib ki, Şahdağ Turizm Mərkəzindən Xınalıq, Qrız və Həzrə kəndlərinə turizm marşrutları yaradılıb: "Yaxın zamanda katamaran da fəaliyyətə başlayacaq. Həmçinin yeni bir restoranın tikintisinə başlanılıb. Şahdağa investisiya qoymaq istəyən sahibkarlarla əməkdaşlığa hazırıq".
Rüstəm Nəcəfov Şahdağ Turizm Mərkəzində qiymətlərin baha olmasına dair yayılan fikirlərə də münasibət bildirib. Qeyd edib ki, hər kəs öz büdcəsinə uyğun nəsə tapa bilər.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir