30 mart 2016 00:31
199

Uşaqlarınıza bu cür zərər verirsiniz

Təqdim etdiyimiz videoda valideynləri tərəfindən kiçik yaşlardan sarsıntı alan uşaq təsvir olunub.

ATV.az bildirir ki, uşaqları körpə yaşlarından silkələyəndə, onlar getdikcə daha yorğun və əsəbi hal alırlar. Müxtəlif ölkələrdə hər il bu sindromdan 100-2000 arası uşaq ölür. Sarsıntı zamanı beyin kəllə daxilində hərəkət edir, bu isə beynin qan dövranının pozulmasına, beynin travma almasına, yuxusuzluq, tez əsəbiləşmə, ağlağanlıq, yemək yeməmək, yaddaş pozulmasına qədər böyük problemlərə yol aça bilir.

Qısası, onlarla oynayarkən belə diqqətli olun və uşaqları qoruyun!