Britaniyalı tanınmış müğənni Elton Con ilə Rusiya prezidenti Vladimir Putiningörüş vaxtı məlum olub. ANS PRESS-in məlumatına görə, müğənni prezident ilə mayın 30-da Moskvada konsert verən zaman görüşəcək. Bu barədə Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitriy Peskov məlumat yayıb.
D.Peskov Elton Conun Vladimir Putin ilə görüşünü istisna etmir: "Onlar bir müddət əvvəl telefon vasitəsi ilə danışan zamanı vədləşiblər. Vladimir Putin ilə Elton Con Moskvada görüşəcəklər".
Elton Conun XX əsrin 70-ci illərindən bu günə qədər bütün dünyada 450 milyondan çox albomu satılıb. Onun sinqllarının nüsxələri 190 milyondan artıq nüsxə ilə satılıb. İfaçının sərvəti təxminən 413 milyon dollar təşkil edir. İngilis pop-rok müğənnisi, bəstəkar, pianoçu olan Elton Con cinsi azlıqların nümayəndəsidir. Elton Con və David Ferniş 1993-cü ildə tanış olublar. 2014-cü ildə rəsmən evləniblər. Onlar surroqat ananın dünyaya gətirdiyi uşaqları övladlığa götürüblər. Bir neçə il öncə Elton Conun Bakıda konserti baş tutub.