24 iyun 2023 10:58
517

Naxçıvanda Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilir- FOTO

Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev adına Hərbi Lisey kursantlarının 23-cü buraxılış mərasimi keçirilir.

“İki sahil” xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayev və digər rəsmi şəxslər iştirak edir.

Qeyd edək ki, Heydər Əliyev adına Hərbi Liseyin 23-cü buraxılış mərasimində 128 kursant məzun olur.