22 iyun 2023 16:04
725

Uşaq yaradıcılıq festivalı keçirilib FOTO

Culfa şəhər İstirahət Parkında Culfa Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib.

Culfa Rayon Mədəniyyət Şöbəsi, musiqi məktəbləri, rayonun ümumtəhsil məktəbləri, məktəbdənkənar dərnək üzvləri, rayon Uşaq-Gənclər Şahmat və Uşaq-Gənclər və İdman məktəblərinin kollektivləri festivalda iştirak ediblər.

Əvvəlcə uşaqlar tərəfindən hazırlanan əlişlərindən ibarət sərgiyə baxış keçirilib. Qeyd edək ki, festivalda təşkil olunan sərgiyə Texniki Yaradıcılıq Mərkəzi 300, Uşaq Yaradıcılıq Mərkəzi 350, Turist Diyarşünaslıq Mərkəzindən isə  150 hazırlanmış əlişləri çıxarılıb.

Rayonun musiqi məktəblərinin kollektivi, Əlincə Kənd Klubunun və Kırna Kənd  Mədəniyyət Evinin Bədii Qiraət dərnəklərinin üzvləri, Uşaq Yaradıcılıq Mərkəzinin “Xarıbülbül” rəqs qrupunun iştirakları ilə uşaqların ifasında şeir, mahnı, rəqs nümunələri  Culfa ictimaiəti tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda festivalda fəal iştirak edən uşaqlar və kollektivlər təşkilatçılar tərəfindən diplomlarla təltif olunub.

Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru