ABŞ-ın Con Hopkins Universitetinin alimləri suda qalan və dərinlikdən uça bilən ilk pilotsuz aparat kəşf ediblər.
“CRACUNS” adlanan aparat 2 ay müddətində suyun altında qaldıqdan sonra havaya qalxaraq müxtəlif tapşırıqları yerinə yetirmək bacarığına malikdir.
Mühəndislər korroziyaya uğrayan ağır və bahalı metal detalların istifadəsindən imtina edərək kvadrokopteri “3D” printer vasitəsilə çap edilən və mexanizmləri sudan qoruyan detallardan hazırlayıblar. Mütəxəssislərin sözlərinə görə, aparatın hazırlanma xərcinin az olması qurğunun itirilmə təhlükəsinin olduğu ağır şəraitdə istifadəsinə imkan verir.