18 iyun 2023 18:42
272

8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatında 3 turun oyunları keçirilib

8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatında 3 turun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, 16 rayon-şəhərdən 134 şahmatçının qatıldığı Azərbaycan çempionatı “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli RİOEUGİM-in yarış zalında təşkil edilir. Dairəvi sistem üzrə keçirilən çempionatda 18 yaşadək oğlan və qızlarda 7 tur, digər bütün yaş qruplarında isə 11 tur olmaqla oynanılır.

Yarışın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edilməsi, Azərbaycanda yeniyetmə şahmatçılar arasında şahmatın kütləviliyinin daha da artırılması, dünya və Avropa çempionatlarında iştirak edəcək şahmatçıların müəyyən edilməsindən ibarətdir.

Çempionata iyunun 26-da yekun vurulacaq.