30 aprel 2018 18:30
1341

Şəkərli qidalar bu xəstəliklərə səbəb olur

Qida təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi Qida Təhlükəsizliyi Agentliyinin prioritet fəaliyyət istiqamətlərindən hesab olunur.

Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı daha bir maarifləndirici sosial çarx hazırlayıb.

"Yüksək miqdarda şəkər qəbulu sağlamlığımızda nə kimi fəsadlar törədir?" mövzusunda sosial çarx yayımlayan Agentlik bununla istehlakçıları şəkərdən düzgün istifadəyə səsləyir.

Yüksək miqdarda şəkər qəbulunun insan sağlamlığında törədə biləcəyi xəstəliklərə diqqət çəkən AQTA istehlakçıları qida rasionunda şəkər istifadəsini azaldaraq sağlam qidalanmaya dəvət edir.