Son 5 ildə Azərbaycanda kənd təsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası 307-dən 332-yə yüksəlib.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
"2018-2022-ci illər ərzində sənaye məhsulları ixracının əmtəə nomenklaturası 884-dən 1 204-ə, kənd təsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası isə 307-dən 332-yə yüksəlib. Bu göstərici qeyri neft-qaz sahəsində ixrac edilən məhsulların müxtəlifliyinin artmasını və ixrac potensialının genişləndirilməsini ifadə edir", - nazir qeyd edib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir