12 iyun 2023 18:05
665

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Xilaskar" tamaşası təqdim edilib FOTO

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı  Ümummilli Lider Heydər Əliyevin  100 illiyinə həsr olunmuş "Xilaskar" tamaşasını Culfa şəhər ictimaiyyətinə təqdim edib.

“İki sahil” xəbər verir ki,  dramaturq Aqşin Babayevin eyniadlı pyesi əsasında hazırlanan tamaşada XX əsrin 90-cı illərində Azərbaycanda baş verən hadisələr diqqətə çatdırılaraq, həmin vaxtlar respublikada gedən proseslər, Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması və ölkəni parçalanmaqdan xilas etməsi Teatrın təqdimatında özünün səhnə təcəssümünü tapıb.

Tamaşanın quruluşçu rejissoru  xalq artisti Kamran Quliyevdir. Baş rolu xalq artisti Rza Xudiyev, digər rolları isə xalq artisti Həsən Ağasoy, Azərbaycan Respublikasının əməkdar artistləri Əli Əliyev, Əbülfəz İmanov, Vidadi Rəcəbli, Behruz Haqverdiyev, Nazlı Hüseynquliyeva, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Günay Qurbanova, Kəklik Novruzova və başqa sənətçilər  ifa ediblər.

Qeyd edək ki, tamaşada tarixi faktlardan istifadə edilib. Tamaşa Ulu Öndər Heydər Əliyevin çıxışları və onun nitqləri əsasında tərtib olunub. Sonra Heydər Əliyevin səyləri nəticəsində bütövləşən Azərbaycan və Ulu Öndərin xilaskar obrazı diqqətə çatdırılıb.

Səriyyə Salahova,
Culfa rayon mədəniyyət Sarayının direktoru