12 iyun 2023 17:12
495

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

İyunun 12-də  Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatı O.Mirzəyev adına   ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində  Milli Qurtuluş Gününə  həsr olunmuş  “Dahi şəxsiyyət” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Parkda ucaldılan abidəsini ziyarət edərək abidəsi önünə gül dəstələri düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə  həsr olunmuş kitab sərgisinə tamaşa ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədr müavini  Elxan Qafarov, YAP Kürdəmir rayon təşkilatının fəalları,  mədəniyyət müəssisələrinin əməkdaşları  iştirak ediblər. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından  keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə O.Mirzəyev adına  ərazi partiya təşkilatının sədri Vaqif Alıyev açaraq bildirmişdir ki, 1991-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çətin, ağır bir mərhələyə qədəm qoymuşdu. Azərbaycanın müxtəlif bölgələrində xarici dövlətlərin marağı ilə təkan verilən separatçılıq güclənir, hakimiyyət iddiasında olan qruplaşmalar arasında toqquşmalar baş verir, Azərbaycan xalqı torpaqlarımız uğrunda erməni silahlı birləşmələri ilə özünümüdafiə səviyyəsində döyüşürdü. Hər addımda ölkədə qanun pozuntusu və cinayət törədilməsi  adi hal alır, iqtisadiyyat dağılır və talan edilir, elm, təhsil və mədəniyyət tamamimilə diqqətdən kənarda qalırdı. Bu ağır zamanlarda həyatının bütün işgüzar dövrünü Azərbaycan yolunda sərf etmiş böyük siyasi xadim dahi  Heydər Əliyev xalqın səsinə səs verdi. Bizə yaxşı məlumdur ki, ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə tarixi qayıdışı  nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndərimiz Heydər Əliyev Ali Sovetin sədri seçilməklə Azərbaycanın müstəqilliyi real təhlükələrdən qurtardı.

Tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədr müavini  Elxan Qafarov çıxış edərək  bildirmişdir ki, Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Bununla əlaqədar ilin əvvəlindən idarə və müəssisələrdə, ərazi partiya təşkilatlarında  silsiləli olaraq tədbirlər keçirilir, ulu öndərin şərəfli həyat və fəaliyyətinə  yenidən nəzər salınır. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.  Ölkəmizi 1991-1993-cü illərdə üzləşdiyi çətin vəziyyətdən çıxaran və o zamandan etibarən xalqımızın ümid yerinə çevrilən Yeni Azərbaycan Partiyası  hər bir azərbaycanlının iftixar etdiyi siyasi təşkilatdır. Azərbaycan xalqının düçar olduğu bu çətin vəziyyətdən çıxması üçün Respublikanın hər yerindən xalqın müxtəlif zümrələri tərəfindən, o zaman Naxçıvan Ali Məclisinin sədri olan ulu öndər Heydər Əliyevə müraciətlər edilərək, Onun yenidən siyasi hakimiyyətə qayıtmasını və xalqı bu bəladan qurtarmasını istəyirdilər. Heydər Əliyev xalqın dözülməz çətin vəziyyətdə olduğunu dərindən dərk etdiyinə və öz xalqına olan sonsuz məhəbbətinə görə ziyalıların təklifini qəbul etmişdir. Azərbaycan xalqının müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin siyasi  hakimiyyətə tarixi qayıdışıdır. 15 iyun 1993-cü ildə müstəqil Azərbaycanın memarı və qurucusu, fenomenal tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 15 İyun “Milli Qurtuluş Günü” dövlətçiliyimizin şanlı qürur səhifələrindən biridir. 15 İyun, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş günü oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata və qələbələrə aparan yol bilavasitə həmin gündən başlandı.

Bu gün Azərbaycanın inkşafında və əldə etdiyi bütün uğurların kökündə Heydər Əliyev siyasəti dayanır. Əsası ümumilli liderimiz tərəfindən qoyulmuş bu siyasət bu gün Prezident İlham Əliyev tərəfində uğurla və layiqincə davam etdirilir. Bu gün Azərbaycan, dahi Heydər Əliyev məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarını işğaldan azad etmiş, qalib xalq kimi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xəyyam Məlikov və digərləri   çıxışlarında  bildirmişlər ki, məhz həmin gündən Azərbaycan xalqının və dövlətinin həyatında dönüş, müstəqilliyin qorunması və möhkəmləndirilməsi uğrunda şərəfli mübarizə dövrü başlandı. Ümummilli liderimiz Heydər Əliyev tarixi vəziyyətin şərtlərini dəqiq qiymətləndirməyi bacaran qüdrətli bir şəxsiyyət kimi ictimai-siyasi sabitlik üçün həm də iqtisadi təməl yaratmağa müvəffəq oldu. Ölkədə bazar iqtisadiyyatının prinsipial qanunauyğunluqlarına istinad edən iqtisadi münasibətlər sisteminin formalaşdırılması, sosial həyatda baş verən dəyişikliklər bir tərəfdən artıq əldə edilmiş və möhkəmlənən sabitliyin nəticələri kimi özünü göstərirdisə, digər tərəfdən, bu sabitliyin uzunömürlülüyünə təminat yaradırdı. Bu gün ulu öndər Heydər Əliyevin müdrik siyasəti ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən  uğurla davam etdirilir. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Qüdrətli Azərbaycanın daha da güclənməsi, inkişafı naminə  cənab İlham Əliyevin liderliyi altında qarşıda mühüm vəzifələr gözləyir.