Goranboy Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeniyetmələr və gənclər arasında kikboksinq idman növü üzrə rayon birinciliyi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, qazilər, ictimaiyyət nümayəndələri və idmançılar iştirak ediblər.
Anar Məmmədov idmançıları salamlayaraq bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Bu mənada dövlət başçımız cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqındakı tarixi Sərəncamı böyük əhəmiyyətə malikdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində daima idmanın inkişafına və idmançılara qayğı göstərib.
Sonra rayon birinciliyinə start verilib. Maraqlı idman mübarizəsi şəraitində keçən rayon birinciliyinin yekununda I , II və III yeri tutmuş idmançılar diplom və medallar ilə təltif olunublar.