Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclasında 19 sənəd imzalanıb.
“İki sahil” xəbər verir ki, bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov jurnalistlərə bildirib.
Manilov qeyd edib ki, bu gün təşkil edilən iclasın yekunlarına əsasən, MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyən 19 sənəd imzalanıb.
Onun sözlərinə görə, əsas sənəd Birliyə daxil olan ölkələrin xarici sərhədlərində yaranan vəziyyəti nəzərdə tutur.