Goranboy Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yunan-roma güləşi üzrə turnir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri millət vəkili Anar Məmmədov giriş sözü ilə açaraq yarış iştirakçılarına uğurlar arzulayıb, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin və mənalı həyatından, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, şərəfli və mənalı ömür yolunu ölkəmizin rəhbəri kimi dövlətimizin tərəqqisinə və xalqımızın rifahına həsr edən Ulu Öndər müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Ölkəmizdə idmanın inkişafının əsası və beynəlxalq aləmdə əldə olunan uğurların təməlinin Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib.
Gərgin və mübarizə şəraitində keçən yarışların yekun nəticəsinə əsasən ilk üç yeri tutan güləşçilər müvafiq dərəcəli medal və diplomlarla mükafatlandırılıblar.