Goranboy rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol üzrə turnirin bağlanış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, turnirin bağlanış mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini, rayon ağsaqqalları və ziyalıları, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Turnirdə çıxış edən millət vəkili Anar Məmmədov iştirakçılara uğurlar arzulayaraq, ümummilli lider Heydər Əliyevin gənclər və idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Azərbaycanda gənclərin bilikli, elmli, sağlam və vətənpərvər ruhda yetişməsi istiqamətində xüsusi tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün dahi şəxsiyyətin apardığı gənclər siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın bayrağı beynəlxalq kürsülərdə dalğalanır və idmançılarımız saysız-hesabsız uğurlara imza atır.
Sonda qaliblərə mükafatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.