Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası təşkil edib.
"İki sahil" SOCAR-a istinadən xəbər verir ki, aksiya şirkətin baş ofisinin ərazisində keçiriib.
Aksiyada SOCAR-ın prezidenti Rövşən Nəcəf, I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və “SOCAR Könüllüləri” qrupunun üzvləri simvolik olaraq üç ağac əkib.
SOCAR-ın vitse-prezidentlərinin və SOCAR prezidentinin müşavirlərinin də iştirakı ilə aksiya eyni gündə SOCAR-ın 20-dən çox müəssisə və təşkilatının ərazisində təşkil olunub və rəmzi olaraq ümumilikdə 1 923 ağac əkilib.
Tədbir çərçivəsində aksiyanın keçirildiyi ərazilərdə müvafiq abadlıq işləri də aparılıb.