18 may 2023 11:20
572

Ehtiyatda olan hərbçilərin psixoloji reabilitasiyası ilə bağlı mərkəzlərin yaradılması təklif olunub

Ehtiyatda olan hərbçilərin psixoloji reabilitasiyası ilə bağlı mərkəzlərin yaradılması təklif olunub.

“İki sahil” xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinin təqdimat mərasimində çıxış edib.

O bildirib ki, tərxisolunan hərbçilərin psixoloji reabilitasiyası ilə bağlı Müdafiə Nazirliyinin nəzdində mərkəzlərin yaradılması lazımdır: "Bu məsələ ilə bağlı Milli Məclis olaraq dəstək olmağa hazırıq".