Türkiyə Cumhuriyyətinin Antalya şəhərində fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Diaspora Təşkilatının başqanı Lalə xanım Həsənova, ASKEF başqanı Savaş Unal, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynovun təşkilatçılığı və dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Antalyada yaşayan azərbaycanlı iş adamları, sənətçilər, həkimlər və onların ailə üzvləri iştirak ediblər.
Tədbir iştirakçıkarına Ümummilli Lider Heydər Əliyevin 100 illik Yubileyinə həsr edilmiş nəfis döş nişanı, Azərbaycan-Türkiyə bayrağı həkk olunmuş xatirə nişanları hədiyyə edilib.
Türkiyə Cumhuriyyətinin Antalya şəhərində fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Diaspora Təşkilatının Başqanı Lalə xanım Həsənova tədbir iştirakçılarını salamlayıb. O, Ulu Öndər Heydər Əliyevin Türk dünyasının Lideri olduğunu və hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşadığını qeyd edib.
ASKEF başqanı Savaş Unal çıxışında Ulu Öndər Heydər Əliyevin Turan yolunda etdiyi tarixi xidmətlərindən danışıb.
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlərdən danışıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbədə Ümummilli Lider Heydər Əliyevin qoyduğu tarixi irsin, vaxtilə yetişdirdiyi zabit və generalların müharibənin qələbə ilə başa çatmasındakı rolunu qeyd edib.
Türk dünyasının fəxri, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Türkiyə-Azərbaycan qardaşlığına verdiyi töhfələrə, əməkdaşlığa və tədbirlərdə fəal iştirakına görə Türkiyə Cumhuriyyətinin Antalya şəhərində fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Diaspora Təşkilatı və başqanı Lalə xanım Həsənova, ASKEF və başqanı Savaş Unal, Türkiyə və Rusiyada vəkillik fəaliyyəti ilə məşğul olan Emil Hüseynov, Türk yazarı Ali Küçük AVMVİB-nin Fəxri fərmanı ilə təltif olunublar. Fəxri fərmanları AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov təqdim edib.
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş bayram tədbiri Azərbaycan şirniyyatları ilə bəzədilmiş çay süfrəsində davam etdirilib.