11 may 2023 16:07
719

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı sonuncu gün də maraqlı təqdimatlarla yaddaqalan olub FOTO

Şuşada artıq üçüncü gündür davam edən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının sonuncu günü də maraqlı təqdimatlarla yaddaqalan olub.

“İki sahil” xəbər verir ki, mayın 11-də festival çərçivəsində keçirilən tədbirlər Şuşanın müxtəlif məkanlarını əhatə edib.

Tədbirlərdə “Natiq Ritm” qrupunun, Ənvər Sadıqov və “Qaytağı” instrumental ansamblının çıxışları olub.

Qeyd edək ki, festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.