11 may 2023 08:53
538

Ermənistan tərəfi təxribatlarının miqyasını genişləndirməyə cəhd edir

Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.