Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar paytaxtda möhtəşəm konsert keçirilir.
“İki sahil” xəbər verir ki, Dənizkənarı Milli Parkın ərazisindəki Saat qülləsinin yanında təşkil olunmuş konsertdə tanınmış və gənc müğənnilərin ifasında Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa edilir.