Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə bu gün Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi, eləcə də, idman federasiyalarının, gənclər təşkilatlarının nümayəndələri Fəxri Xiyabanı ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.