MDB ölkələrinin səfirləri Bakıda Fəxri xiyabana gələrək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklil qoyublar.
“İki sahil” xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfirliyinin paylaşımında deyilir.
"Səfir Andrey Ravkov MDB ölkələrinin səfirləri ilə birlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Bundan başqa, Zərifə Əliyevanın məzarı üstünə də gül dəstələri qoyulub", - məlumatda deyilir.
Belarus səfiri ilə birlikdə Rusiya, Özbəkistan, Tacikistan və Qırğızıstan səfirləri də Heydər Əliyevin xatirəsini yad ediblər.
Qeyd edək ki, bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.