05 may 2023 13:33
873

Azərbaycan Ordusunun HHM bölmələrinin təlimində şərti düşmənin hava hədəfləri məhv edilib- VİDEO

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.

Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib.

Praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.

Qarşıya qoyulan döyüş tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.