24 aprel 2023 13:15
518

Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq razılaşması imzalanıb

Azərbaycanda səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze general-polkovik Zakir Həsənovla görüşüb.

“İki sahil” xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Gürcüstan hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmanın hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutduğu qeyd edilib.