18 aprel 2023 16:57
547

Azərbaycanın 8 235 kv.km dən çox ərazisi mina və digər partlayıcı sursatlarla çirkləndirilib

18 aprel tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədovun rəhbərliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 14-cü iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycanın mina və digər partlayıcı sursatlardan ən çox çirklənmiş ölkələrdən biri olduğu, ilkin tədqiqatlara əsasən Azərbaycanın 8 235 kv.km dən çox ərazisinin mina və digər partlayıcı sursatlarla çirkləndiyi diqqətə çatdırıb.

Həmçinin ölkəmizin üzləşdiyi bu problemdən bu gün dünyanın 60-dan artıq ölkəsinin əziyyət çəkdiyi nəzərə alınaraq, bu istiqamətdə həm yerli səviyyədə, həm də qlobal miqyasda təşviqat işlərinin aparılmasının vacibliyi vurğulanıb.