15 aprel 2023 11:30
640

Şəhid ailələləri ziyarət edilib

Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının  sədri Qafar Əliyevlə birgə  Ramazan bayramı ərəfəsində torpaqlarımızın azadlığı uğrunda  gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən bir qrupunun - Kamran Novruz oğlu Yaqubovun, Aslan Eldar oğlu Əliyevin, Kamran Araz oğlu Mirzəyevin, Fərid Vahid oğlu Quliyevin ailə üzvlərini aprelin 14-də Puta və Lökbatan qəsəbələrində ziyarət edərək onların problem və qayğıları ilə maraqlanıb, ailələrə bayram sovqatı təqdim ediblər. 

“İki sahil” xəbər verir ki, şəhidlərin  valideynləri Eldar Əliyev, Araz Mirzəyev və Vahid Quliyev şəhid ailələrinə  göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.