Goranboyda “2023-cü il – Heydər Əliyevin 100 illik yubileyi” ilə əlaqədar, “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, konfransda Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Anar Məmmədov, Əliabbas Salahzadə və Emin Hacıyev iştirak etdilər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Sonra tədbir Olimpiya İdman Kompleksinin akt zalında davam etdirildi.
Konfransda Ümummilli Liderin mənalı ömür yoluna və dövlət idarəçilik fəaliyyətinə həsr olunmuş rəsm və kitab sərgisi nümayiş etdirildi, videoçarx izlənildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Anar Məmmədov, Emin Hacıyev və RİH yanında ictimai şuranın sədri Gündüz Hacıyev Ümummilli Liderin öz xalqına həsr olunmuş mənalı ömür yolundan, fenomen şəxsiyyət və Ümummilli Lider kimi xilaskarlıq missiyasından, azərbaycançılıq ideologiyasından və dövlət idarəçiliyi ənənələrindən, şəhid, Milli Qəhrəmanın həyat yoldaşı Rübabə İsmayılova isə Ümummilli Liderimizlə görüşü ilə bağlı unudulmaz xatirələrindən danışdılar.
Sonda xatirə şəkli çəkdirildi.