10 aprel 2023 10:53
499

Naxçıvanda Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.