07 aprel 2023 10:50
477

Ağdaşda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir - FOTO

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qülbəndə kənd ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu”  mövzusunda görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qülbəndə kənd ərazi partiya təşkilatın sədri Səbuhi Məmmədov ulu öndərin Azərbaycan üçün gördüyü işlərdən bəhs edib, dahi şəxsiyyətin xilaskarlıq missiyasından danışıb.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi ordu quruculuğundan və bu sahədə olan düşünülmüş, uzaqgörən siyasət bəhs edərək bildirib ki, dahi şəxsiyyətin 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olması Milli Ordu quruculuğunun başlanğıcı hesab edilir.

Görüşdə partiya fəallarından Zahir Məmmədov, Nargilə Qasımova və Kamil Mustafayev müstəqil Azərbaycan dövlətinin xilaskarı ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində ölkəmizdə nizami ordu yaradıldığını və ordunun  davamlı olaraq müasirləşdirilməsi üçün təxirəsalınmaz işlər aparıldığını qeyd ediblər. Çıxışçılar vurğulayıblar ki, Prezident cənab İlham Əliyevin ulu öndərin ordu quruculuğu siyasətini  zamanın tələblərinə uyğun həyata keçirməsinin nəticəsi olaraq rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və bu gün dünyanın ən güclü ordularından birinə çevrilib.