06 aprel 2023 16:14
379

UNEC “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyasına qoşulub FOTO

Aprelin 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Universitetdən “İki sahil”ə verilən xəbərə görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, UNEC rektoru professor Ədalət Muradov, nazirliyin və universitet əməkdaşlarının, eləcə də ekokönüllülərin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 1000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib. “Heydər Əliyev İli” çərçivəsində UNEC tərəfindən 3500-ədək ağacın əkilməsi nəzərdə tutulub.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.